15 C
Baku
Friday, April 26, 2024

“Qərb Rusiyaya ziyan vurmaq üçün Kiyev-Moskva danışıqlarını uzatmaq istəyir”

Rusiyaya ziyan vurmaq və tükəndirmək ümidi ilə Kiyevin Moskva ilə danışıqlarını uzatmaq istəyirlər.

Bnu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Müxtəlif kanallar vasitəsilə bizdə məlumat var ki, Ukrayna tərəfdən danışıqlar aparanlara rəhbərlik Vaşinqton və London tərəfindən edilir və onların manevr etmək azadlığı tənzimlənir. Onlar münaqişəni uzatmaq istəyirlər, bununla da Rusiyaya bir o qədər çox ziyan vuracaqlarını düşünürlər”, -deyə Rusiya XİN başçısı “Bilik“ cəmiyyətinin “Yeni Üfüqlər” marafonunda çıxışı zamanı bildirib.

Lavrov əlavə edib ki, danışıqların Vaşinqton və ya London səviyyəsinə keçirilməsinin nəyisə dəyişəcəyinə ümid yoxdur.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər