34 C
Baku
Thursday, July 4, 2024

Qərb Ukrayna üçün silah alınmasına 675 mln. dollar ayıracaq

Qərb ölkələri sonradan Kiyevə təhvil verilməsi üçün Ukraynadakı istehsalçılardan silah alınmasına 675 milyon dollar ayırmağı vəd edib.

Ukraynanın strateji sənaye nazirinin müşaviri Yuri Sak bu barədə milli telemarafonun efirində deyib. Onun sözlərinə görə, Ukrayna hərbi-sənaye kompleksi Kiyevin təkbaşına ala biləcəyindən qat-qat çox məhsul istehsal etməyə qadirdir. Kiyev bu məqsədlər üçün Qərbdən pul ayırmasını istəyir. Danimarka, Kanada və Niderlandın artıq buna razılıq verdiyi bildirilir.

“İndiyədək Qərbin vəd etdiyi məbləğ 675 milyon dollar təşkil edir. Ümumi məqsədimiz isə bunun 10 milyard dollara çatdırılmasıdır”, – deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, Ukraynada 2024-cü il üçün 43.9 milyard dollar büdcə kəsiri nəzərdə tutulub. Kiyev kəsirin 37.3 milyard dollarını Qərb tərəfdaşlarının köməyi ilə bağlamağı planlaşdırır. Ukraynanın maliyyə naziri Sergey Marçenko büdcənin ayda 3 milyard dollarlıq xarici dəstəyə ehtiyacı olduğunu bildirib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər