1936-cı ildə amerikalı yazıçı Doroti Brand öz «Wake Up and Live» kitabında beynimizi daha iti və fəal edəcək bir neçə məzəli tapşırıqlar təklif etmişdir. Bu tapşırıqlar beyninizi “həbs olduğu” mühitdən çıxartmağa, yeni perspektivlər qazanmağa, yaradıcı qərarların tələb edildiyi situasiya yaratmağa kömək edəcək.
1. Gün ərzində bütün 1 saatı heç nə danışmadan, sadəcə sizə ünvanlanan suallara cavab verməklə keçirin. Lakin bununla belə insanlardan incimiş kimi davranmayın. Bacardığınız kimi özünüzü sadə aparın.
2. Gün ərzində 30 dəqiqə ərzində başqa şeyə fikrinizi yayındırmadan yalnız bir predmet haqqında düşünün. İlk olaraq 5 dəqiqədən başlaya bilərsiniz.
3. Günün 15 dəqiqəsini “mən, mənə, mənim” sözlərini işlətmədən ünsiyyət qurun.
4. İnsanlarla dolu bir məkanın qarşısında dayanın və onun ölçüsünü qiymətləndirməyə çalışın.
5. Yeni tanışınıza imkan verin ki, özü belə hiss etmədən özü haqqında danışsın. Daha sonradan onu nəzakətlə ümumi söhbətə elə qaytarın ki, heç bir mənfilik hiss etməsin.
6. Öyünmədən, gileylənmədən və müsahibinizi darıxdırmağa qoymadan yalnız özünüz haqqında danışmağa cəhd edin.
7. Gününüz üçün ciddi plan hazırlayın və plana riayət edin.
8. Özünüzə təsadüfi 12 tapşırıq verin, məsələn, hər hansı nəqliyyat vasitəsindən istifadə etmədən evdən 20 kilometr uzağa piyada gedin, 12 saatı qida qəbul etmədən keçirin və s.
9. Gün ərzində bütün təkliflərə “bəli” deyə cavab verin. Təbbi ki, məntiqli təkliflərə.
Bu tapşırıqlar sizə axmaq və faydasız kimi gələ bilər, lakin əslində isə həyatınıza bir çox yeniliklər qazandıracaq və özünüzü daha yaxşı tanımağa məcbur edəcək.