3 C
Baku
Saturday, December 14, 2024

Qətər əmiri korrupsiyada şübhəli bilinən maliyyə nazirini istefaya göndərib

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani maliyyə fırıldaqçılığı və vəzifəsindən sui-istifadə şübhəsi ilə saxlanılan Əli Şərif əl-Emadi vəzifəsindən azad edib.

“Qətər” Xəbər Agentliyi xəbər verir ki, bununla bağlı ölkə rəhbəri fərman imzalayıb.

Fərmana əsaən, Ticarət və Sənaye naziri Əli bin Əhməd əl-Kuvari maliyyə nazirinin vəzifələrini də yerinə yetirəcək.

Faktla bağlı Qətər Prokurorluğu araşdırmalara başlayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər