9 C
Baku
Friday, December 13, 2024

Qətər Çinlə 27 illik müqavilə imzalayıb

Qətərin milli neft-qaz şirkəti “QatarEnergy” Çinlə ölkəyə ildə 4 milyon ton həcmində mayeləşdirilmiş təbii qaz tədarükü ilə bağlı 27 illik müqavilə imzalayıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“QatarEnergy Çin dövlət şirkəti “Sinopec” ilə mayeləşdirilmiş təbii qazın tədarükü ilə bağlı müqavilə imzalayıb. Müqaviləyə əsasən, Çin şirkəti 27 il ərzində hər il 4 milyon ton mayeləşdirilmiş qaz alacaq. Bu, tarixdəki ən uzunmüddətli müqavilədir”, – mesajda deyilir.

Qətər hazırda İranla bölüşdüyü Fars körfəzindəki Şimal qaz yatağında hasilatı genişləndirmək üzərində işləyir. Nəticədə Qətərin 2026-cı ilə qədər indiki 77 milyon ton əvəzinə ildə 110 milyon ton mayeləşdirilmiş istehsal edəcəyi gözlənilir. Qeyd edək ki, Qətər qazının böyük hissəsini Asiya ölkələrinə ixrac edir.

Son xəbərlər
Digər xəbərlər