26 C
Baku
Saturday, April 20, 2024

Qətər şirkəti Azərbaycanda enerji layihələrinə sərmayə yatırmaqda maraqlıdır

Energetika Nazirliyində nazir Pərviz Şahbazov və Qətərin “Nebras Power” şirkətinin baş icraçı direktoru Xalid Mohammed Jolo arasında görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüşdə “Nebras Power” şirkətinin fəaliyyəti, müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr və bərpa olunan enerji sahəsində təcrübəsinə dair məlumat verilib. Bərpa olunan enerji sahəsində ölkəmizdə həyata keçirilən islahatlar, yaxın gələcəkdə təşkili planlaşdırılan “yaşıl enerji” hərracları barədə danışılıb, külək enerjisi, o cümlədən dənizdə külək enerjisi və hidroenerji sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Energetika sahəsində uzunmüddətli investisiyalar həyata keçirən “Nebras Power” şirkətinin Azərbaycanda enerji layihələrində, eləcə də işğaldan azad olunmuş ərazilərimizdəki layihələrdə iştirakı imkanları barədə müzakirələr aparılıb, şirkətin ölkəmizə sərmayə yatırmaqda maraqlı olduğu bildirilib.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər