19 C
Baku
Thursday, May 2, 2024

Qətər və BƏƏ diplomatik münasibətləri bərpa ediblər

Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) diplomatik münasibətlərin bərpa olunduğunu elan ediblər. Hər iki ölkənin səfirlikləri və konsulluqları iyunun 19-dan fəaliyyətə başlayacaq.

Bu barədə Qətərin xarici siyasət idarəsinin məlumatında deyilir.

“Əl-Ule şəhərində əldə edilən razılaşmaya əsasın, hər iki ölkə arasında diplomatik münasibətlər bərpa olunacaq, 2023-cü il iyunun 19-dan Qətərin Əbu-Dabi şəhərindəki səfirliyi və Dubaydakı konsulluğu, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dohadakı səfirliyi işə başlayacaq”, – deyə Qətər XİN-in tviter səhifəsində yayımlanan bəyanatında bildirilir.

Xatırladaq ki, Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ və Misir 2017-ci ilin yayında Qətərlə diplomatik münasibətləri kəsib. Onlar Dohanı terroru dəstəkləməkdə və özlərinin daxili işlərinə qarışmaqda ittiham edib. Nəticədə Qətərə qarşı iqtisadi sanksiyalar tətbiq olunub və ölkə nəqliyyat blokadasına məruz qalıb. 2021-ci ilin yanvarında həmin ölkələrlə Qətər arasında diplomatik əlaqələrin bərpası, nəqliyyat sanksiyalarının aradan qaldırılması barədə saziş imzalanıb.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər