Qətərlə Misirin diplomatları, təhlükəsizlik xidmətinin nümayəndələri yaxın vaxtlarda iki ölkə arasında əməkdaşlığın bərpası və Qahirədə Qətər layihələrinin inşasının başa çatdırılması barədə danışıqlar aparacaqlar.
Bu barədə “Əl-Ərəbiyyə” telekanalı mənbələrə istinadən məlumat verir.
Bildirilib ki, Qətərdən Misirə birbaşa uçuşların bərpası iki ölkə arasındakı münasibətlərin bərpası istiqamətində ilk addımdır.
Mənbənin sözlərinə görə, yaxın gələcəkdə əməkdaşlığı bərpa etmək üçün diplomatlar və təhlükəsizlik rəsmiləri arasında bir sıra koordinasiya görüşləri keçiriləcək.