10 C
Baku
Friday, December 13, 2024

Qətərin kredit reytinqi üzrə proqnozunu “neqativ”ə endi

“Moody’s” beynəlxalq reytinq agentliyi Qətərin kredit reytinqi üzrə proqnozu “stabil”dən “neqativ”ə endirib. “Moody’s”ə istinadən, buna səbəb kimi Qətərin Fars körfəzində yerləşən Ərəb ölkələri əməkdaşlıq Şurasına daxil olan müttəfiqləri ilə yaranan münaqişə nəticəsində iqtisadi və maliyyə risklərinin artması amili göstərilib. Bu ölkələr Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ).

Agentliyin məlumatında bildirilir ki, Qətərlə bağlı qeyri-müəyyənliyin 2018-ci ilə qədər uzanması ehtimalı xeyli yüksəlib. Yaxın aylarda bu münaqişənin həll olunması mümkün görünmür.

Xatırladaq ki, bir qədər əvvəl “S&P” beynəlxalq reytinq agentliyi də Qətərin uzunmüddətli reytinqini “AA” səviyyəsindən “AA-” səviyyəsinə endirib.

Qeyd edək ki, bu ilin iyunun 5-də S.Ərəbistanı, BƏƏ, Bəhreyn, Misir, Liviya və Yəmən Qətərlə diplomatik, ticarət və nəqliyyat əlaqələrini kəsib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər