-3 C
Baku
Sunday, December 15, 2024

Qəza anında hərbi helikopterin ”qara qutu”sunda qeydə alınan məlumatlar açıqlanıb

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması zamanı helikopterin bort məlumatlarının qeydiyyatçısından (”qara qutu”dan) götürülən və qəza anında qeydə alınan uçuş parametrləri açıqlanıb.

Parametrləri Baş Prokurorluq yayıb.

“Bunların təhlili göstərir ki, helikopterin vertikal uçuş surəti Uçuş təlimatlarına zidd olaraq normadan artıq olub və helikopterin idarəçiliyinin itirilməsinə və qəzaya səbəb olub”, – Baş Prokurorluqdan bildirilib.

Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər – polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.

068f5b9e 3cd9 3d04 a4cb e1da6f6a9853 8d0aacf5 eb1f 3ebf 9d09 9d6132c13add f958ffe2 8115 311e 88dc 7d5f9ed5727c 7c5ef8f9 86bc 3ebc 9dfb 832247cccf4b

Son xəbərlər
Digər xəbərlər