10 C
Baku
Thursday, December 12, 2024

Qablaşdırılmış məhsulların etiketlənməsi qaydası dəyişəcək

“Qablaşdırılmış məhsulların etiketlənməsi qaydası da yeni qanunun qəbulundan sonra dəyişəcək”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Qoşqar Təhməzli deyib.

O bildirib ki, məsələn, süd kalsiumla zəngindir: “Bunu istehlakçıya hansısa xüsusiyyət kimi təqdim etməyə ehtiyac yoxdur. Bu qanunun qəbulundan sonra qablaşdırılmış məhsulların etiketlərinə nəzarət ediləcək. İri sahibkarlıq strukturlarında 2 ildən sonra, kiçik və orta sahibkarlıq subyektlərində 4 ildən sonra HASS prinsiplərinin tətbiqi nəzərdə tutulur. Alternativ ekspertizaların həyata keçirilməsi məsələsi də qanunda əksini tapır. Sahibkarlıq subyektlərinə müraciət edirik ki, Qida təhlükəsizliyi İnstitutunun nəzdində alternativ laboratoriyaların qurulmasında iştirak edə bilərlər. Bu da özəl laboratoriyalar olacaq. Təhlükəli qidaların reyestri məsələsi də var. Cari nəzarət zamanı aşkar olunmuş təhlükəli qidalar bu reyestrdə əksini tapacaq. Təhlükəli qidalarla bağlı reyestrdəki məlumatlarla həm vətəndaşlar, həm də sahibkarlar tanış ola biləcək.”

MənbəApa
Son xəbərlər
Digər xəbərlər