-3 C
Baku
Sunday, December 15, 2024

Qadınlar üçün ən yaxşı ölkələr hansılardır?

Dünya İqtisadi Forumu-nun mütəxəssisləri müasir qadının həyat şəraitləri ilə bağlı araşdırma aparmışdır. Forumun verdiyi məlumata görə, dünya ölkələrinin 85%-i son 6 ildə qadınların həyat şəraitlərini yaxşılaşdırmışlar. Lakin bu o demək deyil ki, hər bir yerdə qadınlar üçün yaşamaq rahatdır.

Bəs hansı ölkələr hansı cəhətdən qadınlar üçün daha əlverişli şərait bəxş edir?

  • Qadın olmaq üçün ən yaxşı ölkəİslandiya.
  • İslandiyada qadın və kişilər arasındakı bərabərlik digər ölkələrə nisbətən yüksək göstəriciyə malikdir. Qadın olmaq üçün ən uyğunsuz ölkə Yəmən, ən təhlükəli ölkə isə Əfqanıstandı
  • Siyasətlə məşğul olmaq üçün ən yaxşı ölkə – Ruanda.
  • Ruanda da aşağı palata nümayəndələrinin böyük hissəsi qadınlardan ibarətdir. Burada 80 yerdən 45-ni qadınlar tutur.
  • Siyasətçi qadın üçün isə ən pis yer Səudiyyə Ərəbistanı, Yəmən, Qətər, Oman və Belizdir. Bu ölkələrin parlamentində 1 nəfər belə oldunq adın yoxdur.
  • Ana olmaq üçün ən yaxşı ölkə – Norveç.
  • Burada Ana ölümlərinin sayı 7600-də 1-dir. Ana olmaq üçün ən çətin ölkə isə Əfqanıstandır. Burada doğuş zamanı ölən qadınların sayı, güllə və partlayışda həlak olan qadınların sayından 200 dəfə çoxdur.
  • Pul qazanmaq üçün ən yaxşı ölkə – Lüksemburq.
  • Bu ölkənin qadın vətəndaşları ildə 59 570 dollar qazanır.

Yuxarıda qeyd edilən cəhətlərdən əlavə:

  • Dövləti idarə etmək üçün ən yaxşı ölkə (son 50 ildə) – Şri-Lanka.
  • İstehsalat rəhbəri olmaq üçün ən yaxşı ölkə – Tayland.
  • Jurnalist olmaq üçün ən yaxşı ölkə – Karib okeanı ölkələri.
  • Ali təhsil almaq üçün ən yaxşı ölkə – Qətər.
  • Uzun ömürlülük üçün ən yaxşı ölkə – Yaponiya.
  • İdmanla məşğul olmaq üçün ən yaxşı ölkə – ABŞ.
  • Sükan arxasında əyləşmək üçün ən yaxşı ölkə – Hindistan.
  • Yüksək ixtisaslı iş üçün ən yaxşı ölkə – Yamayka

Son xəbərlər
Digər xəbərlər