10 C
Baku
Friday, December 13, 2024

“Qadınlara özəl məsləhətlər”

1. Həyatınız üçün məqsəd və prinsiplər təyin edin, əks halda bu boşluğu başqa şeylər dolduracaq. Məişət problemləri ilə məşğul olmalıyıq. Bu qaçılmazdır. Ancaq özünüzü onun əsirinə çevirməyin.
Kitab oxuyun, sənədli film izləyin, nəyi yaxşı bacardığınızı kəşf etmək üçün daxili dünyanıza baş vurun.

2. Sevdiyiniz işi tapın.
Uğurlu Karyera dünyanı yaxşılığa doğru dəyişməyin tək yolu deyildir. Ancaq sevdiyiniz işi tapmaq, bu işi görməyi yaxşı bacaraq, bu işin başqalarına da lazım olduğunu bilmək və bundan pul qazanmaq dünyanı və sizi yaxşılığa doğru dəyişəcək addımdır.

3. Cəsarətli və qətiyyətli olun. Unutmayn fələk cəsarətlilərə hamilik edir. Dəfələrlə qızını 1 peşəyə yönləndirməyə qoymayan atanın sonradan eyni sahədə uğur qazanan qızından ağız dolusu danışdığını görmüşəm.
Arzunuz varsa onun üçün mübarizə aparın. Mövqeyinizi cəsarətlə müdafiə edin, kömək istəyin! Kömək istəmək zəiflik əlaməti deyil, bu irəliyə doğru atılan ilk addımdır.

4. Baxımlı olun. Ancaq brend geyimlərin, bahalı kosmetik prosedurların marketinq qurbanı olmayın. Gözəl görünmək təlabatı hər dəfə “bir az daha” istənilən asılılıqdır.
Hamını bir-birinə bənzədən estetik əməliyyatlar, kosmetoloqların hər 6 aydan bir təkrar edilməli olan bahalı iynələri, dietoloqların həyat tərzinizə çevirə bilmədiyiniz dietaları pulunuza və vaxtınıza israf edəcək. Qısa müddətli nəticələr əldə etsənizdə uzun müddətli nəticələr sizə baha və çətin başa gələcək.

5. Sevin ancaq Sevdiyiniz insanın əsirinə çevrilməyin!
Qadınların hissləri dəyişkəndir. Özümüzə sevgimiz azalan vaxtlarda qarşımızdakı insanın sevgisizliyindən şübhə edirik. Bu ruh halıdır, genetikdir və dəyişmək çətindir.
Bir insan sizi sevir ya da sevmir. Qısqanmaqla, onu hər addımda izləməklə, durmadan gileylənməklə, depresiyalara qapilmaqla sevgi qazana bilmərik. Sevilmədiyinizi hiss edəndə özünüzü sevməyə başlayın.

6. Qorxmayın. Qadınların ən böyük problemləri qorxudur – Öz gücünü qiymətləndirmək qorxusu, öhtəsindən gələ bilməmək qorxusu, müqəddəs üçlük qorxusu – pis həyat yoldaşı, pis ana və pis övlad olmaq qorxusu. Qorxudan yaxa qurtaranda peşədə və şəxsi həyatda daha çox uğur əldə edirik.

7. Ömürlük tələbə sindromundan xilas olun. Qadınlar daim oxumağa və öyrənməyə daha çox meylidir. Mütəmadi öz üzərinzdə işləyin ancaq hər şeyi öyrənib sonra fəaliyətə başlayacağınız günü gözləməyin. Hər şeyi öyrənmək mümkün deyil. Yola çxın, sizə lazım olan bilikləri yolda öyrənəcəksiniz.

8. Azad olmaqdan çox xoşbəxt olmağa çalışın. O xoşbəxtlik ki öz içinizdən gəlir. Bu xoşbəxtliyi sizə başqasının verəcəyini gözləməyin. Azadlıq gözəl duyğudur. Ancaq bu duyğunun maliyyə azadlığından, peşə azadlığından, seçim azadlığından sonra gəldiyini unutmayın!

 

Müəllif: Sevinc Ayaz

Son xəbərlər
Digər xəbərlər