21 C
Baku
Thursday, April 25, 2024

Qadınların əldə etdikləri beş müasir elmi nailiyyət

Elm və texnologiya sahəsində qadınların sayı azlıq təşkil edir və onların nailiyyətləri daha da diqqət çəkir. 2019-cu ilin aprel ayının əvvəlində Massaçusets Texnologiya İnstitutunun aspirantı Catherine Bouman “qara dəliyin” şəklini çəkməklə bütün dünyaya tanınıb.

Banker.az bildirir ki, “Forbes”, son 20 ildə qadınlar tərəfindən edilən daha digər diqqətəlayiq yeniliklər və icadların siyahısını tərtib edib.

Catherine Bouman

2013-cü ildə Massaçusets Texnologiya İnstitutunun magistraturasını bitirən qız elmi karyerasını davam etdirmək qərarına gəlir və aspiranturaya daxil olur. Dörd ildən sonra o, “Fiziki modelin inversiyası yolu ilə ekstremal çəkiliş : küncdən baxaraq və qara dəliyin təsvirini yaradaraq2 mövzusunda dissertasiya işini müdafiə edir.

Qara dəlik – yüksək qravitasiya cazibəsi ilə zaman-məkan sahəsidir, işıq sürəti ilə hərəkət edən obyektlər belə onu tərk edə bilmirlər. Heç kim qara dəliyin şəklini çəkə bilməmişdi və onun haqqında bilgilər yalnız nəzəriyyə ilə tamamlanırdı. 29 yaşlı elmlər doktoru Catherine Bouman belə bir ideyanı müdafiə edir ki, qara dəliyin özündən isti qaz buludu ayıran kölgəsi var, buna görə də onu şəkildə tutmaq mümkündür. Qara dəliyin şəkli, 50 milyon işıq ilinə yaxın bir məsafədən , müxtəlif qitələrdə yerləşdirilmiş səkkiz teleskopun köməyi ilə çəkilib. Qız, komanda ilə birlikdə, Event Horizon layihəsində əldə edilən məlumatları dəyişə bilib ( teleskoplar qara dəlikdən yüksək frekanslı radiodalğalar əldə edirdilər , ancaq onlar ani idi). Məhz Boumanın işləyib hazırladığı alqoritm sayəsində bütün şəkilləri toplayıb bir mənzərə halına gətirmək mümkündür. Bunun üzərində o, altı il işləyib.

Kristina Tsvetanova

Sofiya Texniki Universitetində oxuyanda Kristina Tsvetanova gözdən əlil qrup yoldaşının iri klaviaturalarda Brayl əlifbası ( görmə məhdudiyyətli insanlar üçün toxunuşla olan əlifba ) ilə işlədiyini görür. Həmin vaxt onun ağlına toxunuşla oxunması mümkün olan rahat bir planşet hazırlamaq ideyası gəldi. 2012-ci ildə o, öz ideyasının icrasına başlayır və  Blitab şirkətinin həmtəsisçisi və baş direktoru olur. Şirkətin sloqanı – “Feeling get visible” tərcümədə “ hisslər artıq görünəndir” kimi səslənir. Blitab istənilən mətni real zamanda dərhal Brayl mətninə çevirən ilk planşetdir. Kiçik nöqtələr cihazın səthində yuxarə qalxır və mətn dəyişdikdən sonra aşağı enir. Cihazın köməkliyi ilə  istifadəçi həmçinin, müxtəlif şəkilləri də “ görə bilər”. Planşetin qiyməti 500 dollar olacaq.

2017-ci ildə bolqar xanım 30 yaşına qədər olan yenilikçi qadınlar üçün AB premiyasını qazanır.

Petra Vodstrom

İsveç əsilli Petra Vodstrom təhsilini Karolina İnstitutunun biokimyəvi və tibbi araşdırmalar fakültəsində alıb. 1990-cı ilin əvvəlləri ailəsi ilə birlikdə  Avstraliyaya gəlir və burada günəşin istilik gücündən heyrətə gəlir. Qız yoxsulluq içində yaşayanların həyatını yaxşılaşdırmaq üçün ondan istifadə barədə düşünür. O, günəş enerjisi ilə işləyən su qızdırıcı icad edir, bu yolla üçüncü dünya ölkələrinin içməli su qıtlığı problemini həll etmiş olur. 2013- cü ildə o, Solvatten xeyriyyə fondunun əsasını qoyur. Hal-hazırda onun icadından 20 ölkədən 260 000 insan yararlanır.

Shafi Goldwasser

Shafi Goldwasser Nyu-Yorkda anadan olub, Kanegi-Melon Universitetinin bakalavrını bitirdikdən sonra Massaçusets Texnoloji İnstitutunun informatika üzrə fəlsəfə doktorluğu dərəcəsini qazanır və orada da müəllimə kimi işləməyə başlayır. 2012-ci ildə o, həmkarı, professor Silvio Mikali ilə birlikdə informatika sahəsində ən ali premiya olan“Türinq” mükafatına layiq görülür. Mükafat  ehtimal şifrələmə üzrə yenilikçi işlərə görə təqdim olunub ( eyni zamanda ilk açıq ehtimal kriptosisteminə görə ). Alimlərin işi, məlumatlara baxışdan qorunmaya və internetdə fəaliyyət təhlükəsizliyinin təmin olunmasına yönəlib.

Dina Katabi

Dina Katabi Suriyada anadan olub və Dəməşq Universitetinin  bakalavrını bitirib. Magistraturanı və fəlsəfə doktorluğunu Massaçusets Texnoloji Universitetində oxuyub və bu günədək orada işləyir. Katabi yeni mobil və simsiz texnologiya ilə məşğuldur. MTU komandası divardan o biri tərəfi görməkdə maraqlı idilər və bunun üçün o, Wi-Fi radiosiqnallarından istifadə etdi. Nəticədə, Dina Katabinin rəhbərlik etdiyi qrupun işi sayəsində divarın o biri tərəfində olan insanın hərəkətini və bədəninin vəziyyətini görmək mümkün oldu – RF-Pose sistemi əşyalardan əks olunan radiasiyanı tutur və insan gözünün görə bilmədiyinin 3D-skan şəklini yaradır. Alimlər belə hesab edirlər ki, bu icad, qəzadan sağ qalanların aşkar edilməsində, həmçinin tibbi müşahidəsinə ehtiyac duyulan ahıl insanların monitorinqi üçün faydalı bir işdir. Bununla da xəstələrin üzərlərində hər hansısa bir cihazı gəzdirmələrinə ehtiyac qalmır.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər