10 C
Baku
Wednesday, December 11, 2024

Qadınların ən faydalı kəşfləri

Evin, uşaqların qayğısına qalmaq və evdarlıq uzun əsrlər boyu qadının əsas “vəzifəsi” hesab edildiyindən elm və digər ictimai fəaliyyətlər kişilərin müstəsna hüququ idi. Lakin tarixdə yeni və faydalı kəşflər etmiş məşhur qadınlar da az deyil.

Astrolab

Səma cisimlərini ölçmək üçün istifadə olunan bu cihaz bizim eradan əvvəl 370-ci ildə alim, filosof, astronom və riyaziyyatçı qadın olan İskəndəriyyəli Hipatiya tərəfindən icad edilib.

Şəhrayi şampan

Nikol Barbie Kliko 1808-ci ildə “remuage” texnologiyasını kəşf edir və bu yenilik sayəsində şampan cəmi 3 ay ərzində çöküntüdən ayrılır və kristal həddində şəffaflıq qazanır. Bu kəşf içkinin keyfiyyətini artıraraq ona böyük populyarlıq qazandırır.

Dairəvi mişar

Tabita Bebbitt mişarı irəli-geri çəkməklə və iki nəfərin köməyi ilə kişilərin necə ağac kəsməklərinə uzun müddət tamaşa edir. Bu zaman hər iki kişinin üzərinə eyni dərəcədə yük düşürdü. Taxta yalnızca mişar irəli çəkildikdə kəsilirdi, yəni mişarı geri çəkdikdə taxta ilə heç nə baş vermirdi. Bebbitt belə düşünür ki, bu mişarlar boşa enerji sərfidir və 1810-cu ildə dairəvi mişarın prototipini yaradır və bu daha sonradan meşə sənayesində istifadə olunmağa başlayır.

Sualtı qayıqlar üçün periskop

1845-ci ildə Sara Meter tərəfindən patentləşdirilən bu cihazın köməkliyi ilə müşahidə edilən obyektlər arasındakı məsafə təyin edilir.

Ət konservləri

1873-cü ildə rusiyalı Nadejda Kojina Vyanada keçirilən ümumdünya sərgisində ət konservlərinin hazırlanması üsulunu təqdim edir və buna görə medalla təltif edilir.

Qar təmizləyən maşın

Təmizliyin tk evdə deyil, küçələrdə də mütləq olduğunu düşünən katibə Sintiya Vestover 1892-ci ildə müasir qar təmizləyən maşınların “əcdadını” yaradır.

Şüşə silənlər

Avtomobil üçün ilk şüşə siləni 1903-cü ildə Meri Anderson yaradıb. O bunu yağışlı havada sürücülərə yazığı gəldikdən sonra etmişdi.

Avtomobil üçün səsboğucular

Bu akustik filtri isə 1917-ci ildə El Dolores Cons ixtira etmişdir və onun sayəsində dünya az da olsa sakitlik qazanıb.

Son xəbərlər
Digər xəbərlər