7 C
Baku
Thursday, December 12, 2024

“Qafqaz Lizinq”in aktivləri 2,5 dəfə azalıb

2015-ci ilin yekununa görə, “Qafqaz Lizinq” ASC-nin 9,549 mln. manat təşkil edib. “Şirkətin maliyyə hesabatına görə, bu, 2014-cü illə müqayisədə 60,5% (təxminən 2,5 dəfə) azdır.

İl ərzində “Qafqaz Lizinq”in cəmi kapitalı 37,3% azalaraq 7,756 mln. manat, cəmi öhdəlikləri isə 74,8% azalaraq 1,792 mln. manat olub.

2015-ci ildə Şirkətin aktivlərinin 83%-ni və 7,921 mln. manatını lizinq üzrə debitor borclar təşkil edib. Bu, 2014-cü ilə nisbətən 62,3% azdır.

Ötən il “Qafqaz Lizinq”in öhdəliklərinin 98,1%-ni və yaxud 1,758 mln. manatını isə qısamüddətli kredit borcları təşkil edib. Bu isə əvvəlki illə müqayisədə 58,6% azdır.

Hesabat dövründə lizinq şirkətinin əməliyyat mənfəəti 1,512 mln. manat, fövqəladə xərcləri 5,247 mln. manat olub. Son nəticədə “Qafqaz Lizinq” 2015-ci ili 3,735 mln. manat xalis zərərlə başa vurub. Xatırladaq ki, şirkət 2014-cü ildən 2,307 mln. manat xalis mənfəətlə çıxmışdı.

“Qafqaz Lizinq” 2007-ci ildən fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 3,2 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 3 200 səhm əsasında formalaşıb. Səhmlərin 50%-i Türkiyənin “NAB Holding. A.S.” şirkətinə, 50%-i isə Böyük Britaniyanın “Metin Limited” şirkətində məxsusdur.

Report

Son xəbərlər
Digər xəbərlər