5 C
Baku
Friday, January 16, 2026

“Qafqazenerqoservis” şirkəti öhdəliklərini yerinə yetirə bilmir – iflas prosesi başladı

“Qafqazenerqoservis” Şirkəti öz öhdəliklərini ödəmək qabiliyyətinin olmaması səbəbindən iflas prosesinə cəlb edilib.

Banker.az xəbər verir ki, bu barədə qərar təsisçinin 14 yanvar 2026-cı il tarixli qərarı əsasında qəbul olunub.

Qərara əsasən, Səfərli İlahə Fikrət qızı “Qafqazenerqoservis” Şirkətinin əmlak inzibatçısı təyin edilib. Əmlak inzibatçısının ünvanı AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 15, mənzil 6-dır.

Məlumata görə, kreditorların ilkin iclası 03 fevral 2026-cı il tarixdə saat 17:00-da Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, ev 8, ofis 14C ünvanında keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər