12 C
Baku
Tuesday, May 7, 2024

“Qala Həyat” sığorta şirkətinin maliyyə vəziyyəti məlum oldu

“Qala Həyat” sığorta şirkəti cari ilin yarım illik idarəetmə hesabatını açıqlayıb.

“Qala Həyat Sığorta” ASC 2020-ci ilin ikinci rübünü 2 milyon 311 min 129 manat mənfəətlə xalis başa vurub. Şirkətin maliyyə hesabatına görə, bu, 2019-ci ilə nisbətən 88%  və yaxud 2 dəfə çoxdur.

Cari ilin ikinci rübündə “Qala Həyat Sığorta”nın gəlirləri 9 milyon 533 min manat (illik müqayisədə 0,07% çox), xərcləri 6 milyon 644 min manat (20% az), mənfəət vergisi ödəmələri isə 578 min manat  təşkil edib.

Bu il iyul ayının 1-nə “Qala Həyat Sığorta”nın aktivləri 37 milyon 887 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 6% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3% azalaraq 12 milyon 87 min manata düşüb, balans kapitalı isə 10% artaraq 25 milyon 800 min manat olub.

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Şirkətin səhmdarları “AzRe Təkrarsığorta” ASC və “Quna” MMC-dir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər