2 C
Baku
Saturday, December 14, 2024

“Qala Həyat Sığorta”nın maliyyə durumu açıqlandı

“Qala Həyat Sığorta” ASC 2023-cü ili 7 milyon 941 min manat xalis mənfəətlə başa vurub. 2022-ci ildə sığorta şirkətinin mənfəəti 7 milyon 842 min manat olub ki, bu da illik müqayisədə 1.3% çoxdur.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Qala Həyat Sığorta”nın gəlirləri 25 milyon 205 min manat (illik müqayisədə 12.5% çox), xərcləri 15 milyon 275 min manat (22% çox), mənfəət vergisi ödəmələri isə 1 milyon 989 min manat (0.8% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta”nın aktivləri 43 milyon 234 min manat olub. Hesabat dövründə şirkətin öhdəlikləri 2.4% azalaraq 17 milyon 707 min manata düşüb, balans kapitalı isə 2% artaraq 25 milyon 527 min manata çatıb.

“Qala Həyat Sığorta” ötən il 25 milyon 295 min manat sığorta haqları yığmışdırsa, 2022-ci ildə 21 milyon 250 min manat toplayıb.

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i “Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.

 

 

 

Son xəbərlər
Digər xəbərlər