10 C
Baku
Friday, December 13, 2024

“Qala Həyat Sığorta”nın yığımlarında geriləmə

“Qala Həyat Sığorta” ASC-nin 2024-cü ilin yanvar ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar ayında 972 min manat həcmində sığorta haqqı toplayıb. Bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 205 min manat və ya 17% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 1,177 mln. manat təşkil etmişdir.

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i “Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər