Səhmdarları toplaşıb bu məsələni həll edəcəklər
21.10.2019-cu il tarixdə, saat 10.00-da Bakı ş., İzmir küçəsi 5A ünvanında “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Səhmdarların Ümumi Yığıncağının növbəti iclasının çağrılır.
Bu barədə Sığorta Şirkətinin elanında deyilir.
Səhmdarların Ümumi Yığıncağının növbəti iclasının gündəliyinə “Qala Həyat”ın Təftiş Komissiyasının(TK) tərkibinin yenidən formalaşdırılması daxil edilib.
Hazırda Qala Həyat-ın Təftiş Komissiyasının sədri Hümmətov Polad və
üzvü isə Hacıyev Elmardır.
Açıqlamada tam olaraq rəhbərlik sırasına aid edilən TK-da hansı yeniliklərin olacağı ilə bağlı ətraflı məlumat sızmayıb.
Bildirək ki, bu sığorta şirkətinə yaxın olan “Qala Sığorta” ASC-də eyni zamanda eyni məqsəd üçün səhmdarlarını toplamağı planlayıblar.
“Qala Sığorta”nın isə hazırda TK-nın sədri Hümmətov Polad,
üzvü Məmmədli Gündüz və müstəqil üzvü isə Aslanov Emin Cahangirdir.
Qanunla bu necə olmalıdır?
Mülki Məcəllə
Maddə 107-9. Səhmdar cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) iclası
107-9.1. Səhmdar cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) sədri onun iclaslarım üç ayda bir dəfədən az olmayaraq çağırır və iclaslara sədrlik edir. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin), icra orqanının, şura üzvlərinin və nizamnamə ilə müəyyən edilə bilən digər şəxslərin tələbi ilə də direktorlar şurasının (müşahidə şurasının) iclası şuranın sədri tərəfindən çağırılır. Şuranın iclasının keçirilməsi qaydaları cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.
Maddə 107-11. Səhmdar cəmiyyətinin təftiş komissiyası (müfəttişi)
107-11.1. Səhmdarların sayı əllidən çox olan cəmiyyətlərdə maliyyə-təsərrüfat fəaliyyətinə nəzarətin həyata keçirilməsi üçün ümumi yığıncaqda təftiş komissiyası (müfəttiş) seçilir (təyin edilir). Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda səhmdarların sayı əllidən çox olmayan cəmiyyətlərdə də təftiş komissiyası (müfəttiş) seçilə (təyin edilə) bilər.
107-11.2. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) formalaşdırılması qaydaları, onun tərkibi və fəaliyyətinin qaydası cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.
107-11.3. Cəmiyyətin təftiş komissiyasının üzvlüyünə (müfəttiş kimi) fiziki şəxslər seçilir. Təftiş komissiyasının üzvü (müfəttiş) cəmiyyətin səhmdarı, direktorlar şurasının (müşahidə şurasının) və cəmiyyətin icra orqanlarının üzvü ola bilməz.
107-11.4. Cəmiyyətin təftiş komissiyasının üzvlərinin (müfəttişin) səlahiyyət müddəti nizamnamə ilə üç ildən artıq olmayan müddətə müəyyən edilir.
107-11.5. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin təftişi cəmiyyətin təftiş komissiyasının (müfəttişin) təşəbbüsü ilə ümumi yığıncağın və ya direktorlar şurasının (müşahidə şurasının) qərarı ilə və ya cəmiyyətin səsli səhmlərinin on faizindən artıq hissəsinə malik olan səhmdarların və cəmiyyətin icra orqanın tələbi ilə həyata keçirilir.
107-11.6. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) tələbi ilə cəmiyyətin bütün orqanları və vəzifəli şəxsləri cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar olan sənədləri təqdim etməlidirlər.
107-11.7. Bu maddənin tələbləri banklara və xarici bankların yerli filiallarına şamil edilmir.