“Qala Həyat” sığorta şirkəti 2020-ci ili 2 milyon 189 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu ildə şirkətin mənfəəti 2 milyon 621 min manat olub. Belə ki, sığorta şirkətinin mənfəəti 17% azalıb.
Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
2020-ci ildə “Qala Həyat Sığorta”nın gəlirləri 17 milyon 494 min manat, xərcləri 14 milyon 515 min manat təşkil edib. İllik müqayisədə sığorta şirkətinin gəlirləri 4%, xərcləri isə 3% azalıb.
“Qala Həyat Sığorta”nın aktivləri 38 milyon 921 min manat olub ki, bu da müqayisədə 9% artım deməkdir.
Sığorta şirkətin öhdəlikləri 13 milyon 243 min manat (illik müqayisədə 7% çox), kapitalı isə 25 milyon 677 min manat (illik müqayisədə 9% çox) olub.