13 C
Baku
Friday, November 22, 2024

“Qala Sığorta”nın sübutsuz iddiası geri qaytarıldı

“Qala Sığorta” ASC sübutsuz iddia ilə “İnduksiya” MMC-ni məhkəməyə veribmiş. Sığortaçı şirkət bununla bağlı Bakı Kommersiya Məhkəməsinə  (BKM) müraciət edib.

Banker.az saytının məlumatına görə, Sığorta Şirkəti “İnduksiya” şirkətiylə aralarındakı alğı-satqı və podrat müqaviləsi ləğv edilərək cavabdehə ödənilmiş 23 340 manat məbləğin, müqaviləsi üzrə hər gecikdirilmiş günü üçün malın ümumi dəyərinin 0,01% miqdarında dəbbə pulu və işə baxılması ilə əlaqədar iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Bu məhkəməyə hakim Zaur Pirverdiyev sədrlik edib.

Buna baxmayaraq, kommersiya məhkəməsi sığortaçı şirkətin bu müraciətinin sübutsuz sənədlərlə olduğu üçün geri qaytarıb. Bu barədə məhkəmənin qərarında deyilir.

“İnduksiya” şirkəti 2006-cı ildə Bakı şəhəri Xətai rayonunda (Əhmədli qəsəbəsi) dövlət qeydiyyatına alınıb.

Son xəbərlər
Digər xəbərlər