13 C
Baku
Friday, November 22, 2024

“Qala Sığorta”nın yığımları 64% azalıb

“Qala Sığorta” ASC-nin 2023-cü ilin yanvar ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar ayında 1.832 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 3.275 mln. manat və ya 64% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 5.107 mln. manat təşkil etmişdir.

Yanvarda şirkət tərəfindən ümumilikdə 626 min manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 215 min manat və ya 52% çox olub.

Xatırladaq ki, “Qala Sığorta” şirkəti “Çartis-Azərbaycan” sığorta şirkətinin bazasında yaradılıb.

Son xəbərlər
Digər xəbərlər