8 C
Baku
Thursday, December 12, 2024

Qala və Bilgəh badam bağları salan “Azbadam”a yenidən maya qoyuldu

Bakının Qala və Bilgəh qəsəbələrində badam bağları salan “Azbadam” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.

Bu barədə Banker.az-a daxil olan məlumatda qeyd edilir.

Məlumata görə, çərəz istehsalçısının nizamnamə kapitalının həcmi 500 000 manat, yaxud 4.78% artılmışdır.

Bununla da nizamnamə kapitalı 10 950 005 manat olmuşdur.

Şirkət haqqında

Şirkət 2016-cı ildə 5 manat nizamnamə kapitalı ilə yaradılsa da sonradan 10.45 milyon manata çatdırılmışdır.

“Azbadam” şirkəti tərəfindən “Qala və Bilgəh Badam Bağları” layihəsinə 2017-ci ilin fevral ayında start verilmişdir. Bakının Qala və Bilgəh qəsəbələrində müvafiq olaraq 268 ha və 212 ha ərazidə intensiv badam bağları salıb. 300 000-dən çox əkilmiş badam tingləri Quarra, Avijor, Belona Soleta sortlarıdır.

İllik istehsal gücü 800 ton badam ləpəsidir.

Son xəbərlər
Digər xəbərlər