16 C
Baku
Thursday, May 2, 2024

Qanunsuz fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı müəssisəsi bağlandı

Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Yeni Məhsəti qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Tağıyev Bəxtiyar Vaqif oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində aparılmış yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu aşkar edilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Belə ki, müəssisədə şüşə butulkaların yuma və doldurulma sahəsində istifadə olunan avadanlıqların paslana bilən materialdan təşkil edildiyi, yuma sahəsində su axarcıqlarının birbaşa açıq kanalizasiya xəttinə ötürüldüyü, təmizlik işlərinin aparılmadığı və digər istehsalçı müəssisələrə aid olan ikinci əl şüşə butulkalardan istifadə edildiyi müəyyən olunub.  Aşkar edilmiş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və inzibati protokol tərtib edilib.

s s1 s2

Son xəbərlər
 ⁠
Digər xəbərlər