“Renault” – “Nissan” – “Mitsubishi” Fransa-Yaponiya avtomobil alyansının sabiq rəhbəri Karlos Qon “Mitsubishi” xarici birgə müəssisə vasitəsilə qanunsuz yolla 7,82 milyon avro alıb.
Banker.az “Report”-a istinadən xəbər verir ki, bunu “Mitsubishi” şirkətində aparılan daxili yoxlamanın nəticələri göstərir.
Qeyd olunur ki, yoxlama Karlos Qonun “Mitsubishi”yə bilavasitə rəhbərlik etdiyi zamanda qanun pozmadığını üzə çıxarıb.