17 C
Baku
Sunday, May 11, 2025

Qanunun tələblərinin pozulmasına görə toplanan cərimələrin 50%-i hərbçilərin maaşlarına əlavə ediləcək – Prezident təsdiqlədi

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavə veriləcək.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın (qurumun) hesabına köçürüləcək. Həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Son xəbərlər
Digər xəbərlər