“Əlillərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.
Bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O xatırladıb ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “Əlillərin hüquqları haqqında” Konvensiyasına qoşulub:
“Həmin Konvensiyanın tələblərinə uyğun olaraq ölkəmizdə “Əlillərin hüquqları haqqında” qanun qəbul edilib. Həmin qanunda “əlil” anlayışı , “əlilliyi olan şəxs” anlayışı ilə əvəz ediləcək”.
“Əlillərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.