2 C
Baku
Saturday, December 14, 2024

Qanunvericiliyin tələblərini pozan müəssisənin fəaliyyəti məhdudlaşdırıldı

Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi, döngə 3, ev 42B ünvanında fəaliyyət göstərən fiziki şəxs Hüseynov Ramiz Məcnun oğluna məxsus süd məhsullarının emalı müəssisəsində aparılmış planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, döşəmə və divar səthlərinin asan təmizlənən və dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin edən materiallarla üzlənmədiyi, temperatur rejiminə və texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, işçi heyətin soyunub-geyinmə otaqları ilə təmin edilmədiyi və tibbi müayinədən keçmədiyi aşkar edilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Eyni zamanda quru xammalların saxlanması anbarında üzərində qanunvericiliyə uyğun markalanma aparılmamış ümumi çəkisi 29.7 kq quru xammallar, hazır məhsullar saxlanan soyuducu kamerada üzərində qanunvericiliyə uyğun markalanma aparılmamış süd məhsulları müəyyən edilib. Eyni zamanda məhsullara dair etiketlərə baxış keçirilən zaman məhsulların tərkibinə əlavə edilən bütün xammallar barədə məlumatların əks olunmadığı məlum olub.

Müəssisədə istehsal edilən məhsullardan nümunələr götürülərək müayinələrinin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasına təqdim edilib.

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər