22 C
Baku
Thursday, May 9, 2024

“Qara bazar” yenə canlandı. Dollar neçəyədir?

Bu gün “qara bazar”da dolların alış və satış qiymətləri yenidən bahalaşıb. Bankların dollar satışını məhdudlaşdırması “qara bazar”ı bir qədər də canlandırıb.

Yerli maliyyə saytı Fins.az-ın əldə etdiyi məlumata görə, bu saatlara qədər “qara bazar”da 1 dollar 1,8200 manata alınır, 1,8400 manata satılır. Doğrudur, banklarda rəsmi məzənnə bundan aşağı, yəni 1,8030 manat olsa da, onların əksəriyyəti valyuta satışını dayandırıb. Buna görə, dollar axtaran vətəndaşlar, xüsusilə, iş adamları «qara bazar»a üz tutur.

“Qara bazar”da avro da bahalaşıb. 1 Avropa valyutası 1,9500 manata satılır. Alışı isə 1,9300 manatdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər