13 C
Baku
Tuesday, May 7, 2024

“Qara günə” pul yığmaq lazımdır?

Siz bilirsiz Azərbaycanda  nəyə pul toplamaq adət edilib? Düzdür! “Qara günə”! Əlbəttə ki, siz pulu məzuniyyətə, mebelə, qış çəkmələri almaq üçün yığa bilərsiz, lakin pul yığmağı bacaranların çox hissəsi bunu ancaq  “qara gün” üçün yığmaq səbəbindən edirlər.

Bütün dünyada pulun gələcəyə, ailə kapitalının yaradılmasına, “qızıl pensiya” dövrünə” yığıldığını, bu zaman işləmək lazım gəlməyəcəyini və ancaq həyatdan və öz əməyinin bəhrəsindən həzz almaqla yaşayacaqlarını çoxları bilir, lakin qənaət edib pul yığmağın bu modelini öz əyninə ”ölçməyi”  çox az adamlar cəhd edir.

“Qara günə” pul yığmaq istəyi yəqin insanların işıqlı gələcəyə inamlarının olmaması ilə əlaqədardır, baxmayaraq ki 70 il ərzində onlar bu gələcəyi yaratmaq cəhdi etmişdilər.

Psixoloqların dedikləri kimi, əgər “qara gün” gözlənirsə, o mütləq gələcək. Bu halda bəlkə eyni səhvləri təkrar etməmək zamanı gəlib və “qara günə” və qənaət edib pul toplamağa öz münasibətinizi dəyişəsiz? Mənim bir tanışım deyir ki, “qara gün” ifadəsini “həyat sürprizləri” ifadəsinə dəyişmək lazımdır. Məlumdur ki, həyatın bundan sonra bizə öz sürprizlərini və gözlənilməz hadisələrini gətirməsi bununla bitməyəcək, lakin sürprizlər xoş da ola bilərlər!

İş ondadır ki, bizdə qənaət edib pul yığmağı çox adam bacarmır. “Qara günün” nə olduğunu yaxşı bilən yaşlı nəslin nümayəndələri pul toplamağa çalışırlar. Yerdə qalanlar pulun nə üçün toplandığını başa düşməyənlərə, nəyin varsa ondan həzz almaqla “burda və indi” yaşayanlara, bölünürlər. İnsanların başqa bir qrupu başa düşürlər ki, pul toplamaq lazımdır, hətta bunu vicdanla etməyə cəhd edirlər, lakin hamısını tamamilə xərcləmək vərdişi “qara günə” pul yığmaq kimi şübhəli motivasiyaya üstün gəlir. Bəlkə birdən “qara gün” heç vaxt baş vermədi, onda bu qurbanlar nəyə lazımdır?

Lakin ən əsası yəqin ki, yenə də qənaət edib pul yığmağın nə verdiyini aydın başa düşməyin olmamasıdır və çox sayda insanlar tərəfindən bunu öz üzərində və öz pul kisəsi üzərində zor olması kimi qəbul etmələridir.

Bununla belə, qənaət edib pul yığmaq lazımdır.

Birincisi, bu şəxsi maliyyənin idarə edilməsinin əsas prinsiplərindən biridir. Və o nə sizin vəsaitin toplanmasına olan münasibətinizdən, nə sizin keçmişdə olan təcrübənizdən asılı deyil. Bu sizin gələcəyinizi qoruya biləcək, pul ilə davranma qaydası prinsipidir. Və vacib  deyil o sizə necə görünür və siz buna inanırsız ya yox.
Bu gələcək hər halda baş verəcək, və əgər siz ona hazır olmasaz, ola bilsin ki sizin toplamadığınız vəsaitlə çəkdiyiniz əziyyət, sizin pulu toplamağa başladığınız zaman hiss edəcəyiniz kiçik qurbanlardan daha çox əziyyətli olacaq.

Cavanlıq daimi deyil, işlə isə təmin olunmaya  zəmanət verilmir, və əgər bu gun pulla problem yoxdursa, bu o demək deyil ki, həmişə belə yaxşı olacaq. Həyat yoldur və o həmişə asfaltlanmış olmur. Çox vaxt nədən isə çala-çuxurlu olur.

Lakin iş hətta bunda da deyil.

Pul yığmaq prosesi bu işə necə yaxınlaşmaq olduğunu bildikdə, kifayət qədər xoş ola bilər. Və pulun “həyat sürprizləri” üçün toplanması, sizi varlı olmağa gətirən pulun yığılması və artırılması sisteminin bir hissəsidir. Çətin ki, kim isə bu gün maliyyə cəhətdən təmin edilmiş insan olmaqdan imtina etsin!

Pulun yığılması zamanı məhdudiyyətlər və psixoloji diskomfort çətinlikləri ancaq okeanda gəmidə kompassiz və lazımi avadanlıqsız üzmək cəhdi kimidir. Bu sadəcə pul yığmağın yüngül prinsiplərini bilməməkdir. Və ayın əvvəlində gəlirin məsləhət görülən 10%-ni toplamaq haqqında bəzi insanlara məlum olan üsul, yeganə komfortlu pul yığmaq üsulu deyil.

Bax belə də alınır:  sizə pulu qənaət edib bunun nə verəcəyini başa düşmədən “qara günə” pul toplamaq və əziyyət çəkmək nə üçün lazımdır? Siz gözünüzün qarşısında mütləq olacaq öz işıqlı gələcəyinizin təsvirini görərək, əgər Siz onu hazılayacaqsızsa? “sistem” üzrə pul yığmağı öyrənə bilərsiz.

Və ən əsası, siz gələcəyinizin qayğısına qalmaqda nə qədər çox çalışqanlıq göstərsəz, sizin bu gününüz bir o qədər daha parlaq və gözəl olacaq. Və bu artıq öz maliyyə müstəqilliyini təmin etmiş bəzi insanların  keçdikləri yoldur. Siz onların sırasında olmaq istəmirsiz?

Son xəbərlər
 ⁠
Digər xəbərlər