“Qarabağ” – APOEL matçına 8 min bilet satılıb – qiymətlər

0

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL klubu ilə Bakıda keçirəcəyi cavab oyunu üçün satılan biletlərin sayı açıqlanıb.

Klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma üçün 8 min bilet satılıb. Ən ucuz bilet 2 manatdır. Satışda 5 manat, 10 manat və VİP sektor üçün 50 manatlıq biletlər də var.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik”, 28 Mall, “Park Bulvar”dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, “AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək mümkündür.