PwC Azərbaycan ilə Qarabağ Dirçəliş Fondu arasında kənar audit xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalanıb.
Müqavilə çərçivəsində PwC Azərbaycan Qarabağ Dirçəliş Fondunun 2021-ci il üzrə maliyyə hesabatlarının audit yoxlamasını həyata keçirəcək. Müqaviləni PwC Azərbaycan şirkətinin Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.
Xatırladaq ki, 20 dekabr 2021-ci il tarixində Fondun Müşahidə Şurasının PwC Azərbaycan Fondun kənar auditoru kimi təsdiq olunub.