6 C
Baku
Saturday, December 14, 2024

Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı bir neçə platformaya əlavə olunub

İşğaldan azad olunmuş ərazilərin bərpasını dəstəkləmək üçün Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı bir neçə platformaya əlavə olunub.

Qarabağ Dirçəliş Fondundan  verilən məlumata görə, indi ianə etmək istəyən şəxslər ödənişi Hesab.az, AsanPay, Gpp.az (“Hökümət ödəniş portalı”) və Portmanat onlayn xidmətlər portallarının həm müvafiq vebsayt, həm Android və İOS mobil tətbiqləri vasitəsilə həyata keçirə bilərlər.

Onlayn ödəniş vebsaytları:

Android tətbiqləri:

iOS tətbiqləri:

Qarabağ Dirçəliş Fonduna ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı burada: https://qdf.gov.az/iane-et/

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaranan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Son xəbərlər
Digər xəbərlər