15 C
Baku
Thursday, March 28, 2024

Qarabağa xərclənən vəsaitin məbləği 4 mlrd. manatı keçib

İndiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına və yenidən qurulmasına 4.4 milyard manat vəsait xərclənib.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

“Qarabağda nəhəng layihələrin icrası davam etdirilir”, – deyə o, qeyd edib.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 3 milyard manat olması nəzərdə tutulur. Bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12.4% çoxdur.

Bu xərclərin növbəti ildə büdcə xərclərində xüsusi çəkisi 9%, ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisi isə 2.8% təşkil edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər