-1 C
Baku
Sunday, December 15, 2024

Qarabağda haqqı ödənilən ictimai işlərlə əlaqədar kvota ayrılıb

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilər üzrə haqqı ödənilən ictimai işlərlə əlaqədar (Tərtər rayonunun Talış kəndi üçün 20 sayda, Laçın rayonu üçün 20 sayda və Şuşa şəhəri üçün 25 sayda) kvota ayrılıb.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı bildirilib.

Qeyd edilib ki, əmək bazarında mövcud vəziyyət nəzərə alınmaqla işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əsas aktiv məşğulluq tədbiri kimi haqqı ödənilən ictimai işlərin səmərəliliyinin və bu sahədə şəffaflığın təmin edilməsinə diqqət artırılıb. Belə ki, 2023-cü ilin əvvəllərində sosial işçilərin əməkhaqlarının 415 manatdan 500 manat məbləğinə artırılmasını, eləcə də Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilər üzrə (Tərtər rayonunun Talış kəndi üçün 20 sayda, Laçın rayonu üçün 20 sayda və Şuşa şəhəri üçün 25 sayda) kvotanın ayrıldığını nəzərə alaraq “haqqı ödənilən ictimai işlər” xərc istiqaməti üzrə 725 000.00 manat vəsait artırılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər