9 C
Baku
Thursday, December 12, 2024

Qarabağda sahibkarlığın maliyyələşdirilməsinə dair mexanizmlər hazırlanır

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarlığın maliyyələşdirilməsinə dair mexanizmlər hazırlanır.

Bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sədri vəzifəsini icra edən Osman Xaliyev bildirib.

“Hazırda həmin mexanizmlər təhlil olunur, aidiyyatı strukturlarla razılaşdırılır. Əgər mexanizmlər qəbul edilərsə, sahibkarlıq subyektlərinə əlavə maliyyə dəstəyi veriləcək”, – deyə o, qeyd edib.

Xatırladaq ki bu günə qədər Qarabağda biznes qurmaq istəyən sahibkarlardan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 980 müraciət daxil olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər