10 C
Baku
Thursday, December 12, 2024

Qarabağın enerji sisteminin bərpa planları açıqlanıb

“Azərenerji” ASC Kəlbəcər rayonunda 11 ədəd, Laçın rayonunda 12 ədəd olmaqla cəmi 130 MVt-a yaxın gücdə kiçik su elektrik stanasiyalarının yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlayıb və növbəti ildə bunların bir qisminin yenidənqurulmasını həyata keçirəcək.

Bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxışı zamanı deyib.

“Ötən bir il müddətində “Azərenerji” işğaldan azad olunan bölgələrdə minatəmizləmə əməliyyatlarından dərhal sonra, bəzi yerlərdə isə paralel olaraq fəaliyyətə başlayaraq qısa müddət ərzində 600 MV/A gücündə yeni rəqəmsal yarımstansiyalar tikib, 400 km-dan artıq 110 kV-luq elektrik veriliş xətləri çəkərək Şuşa şəhəri başda olmaqda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam rayonlarını elektrik enerjisi ilə təchiz edib.

İşğaldan azad olunan ərazilərdə mənbəyi Azərbaycanda formalaşan bolsulu çaylar mövcuddur ki, bunların üzərində 30-a yaxın kiçik su elektrik stansiyası fəaliyyət göstərib. Düşmən əraziləri tərk edərkən onlar tərəfindən bu stansiyalar dağıdılmış, avadanlıqları daşınmış, yerdə qalan tikililər, özüllər isə yararsız vəziyyətə salınıb”, – B. Rzayev bildirib.

“Azərenerji”nin rəhbəri qeyd edib ki, ilk öncə bu stansiyaların monitorinqi aparılıb, müvafiq layihələr hazırlanmaqla onların bərpasına başlanılıb: “Laçın rayonunun Güləbird kəndində yerləşən 8 MVt gücündə kiçik SES ölkə başçısının iştirakı ilə Qarabağda istismara verilən ilk inrastruktur layihəsi oldu. Növbəti mərhələdə döyüş əməliyyatları nəticəsində dağıdılmış ümumi gücü 7,8 MVt olan Suqovuşan-1, Suqovuşan-2 KSES-lər yenidən qurularaq Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Həmçinin, Kəlbəcər rayonunda 4 MVt gücündə daha bir KSES bu günlərdə test rejimində istismar olunur. Ümumilikdə bu stansiyaların gücü 20 MVt-dan artıqdır”.

“Azərenerji” prezidenti ölkə enerji sistemi üçün xüsusi əhəmiyyət daşıyan Cəbrayıl Enerji Qovşağı haqqında məlumat verib:

“Bu layihə çərçivəsində Cəbrayıl rayonunda 330 kV-luq yarımstansiyanın tikintisi planlaşdırılır. Layihənin məqsədi “Xudafərin” və “Qız Qalası” SES-lərin enerjisistemə inteqrasiyası, Qarabağ və Şərqi Zəngəzur enerjisisteminin etibarlılığının artırılması, Xüsusilə Cəbrayıldan Zənqəzur dəhlizini keçməklə 300 km məsafədə Naxçıvanın Şaxtaxtı rayonunda 330 kV-luq YS tikintisi, oradan Türkiyə sərhədinə kimi 50 km olmaqla elektrik veriliş xəttininin tikintisi, eləcə də İğdir bölqəsində Türkiyə enerjisitemi ilə əlaqələnməni təklif edirik. Bu layihə hazırda Gürcustan üzərindən Türkiyə ilə mövcud olan əlaqənin alternativi olmaqla 2,5 dəfə qısa məsafəlidir”.

B. Rzayevin sözlərinə görə, Araz şayı üzərində İran İslam Respublikası ilə ortaq layihə olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının (140+140 MVt) tikintisi layihəsi üzrə “Azərenerji” ASC Azərbaycan höküməti tərəfindən sifarişçi qismində fəaliyyət göstərir: “Hazırda bu istiqamətdə ölkələrarası işçi qrup yaradılıb və layihənin tamamlanması üçün müvafiq işlər icra olunur”.

O qeyd edib ki, işğaldan öncə Qarabağ bölgəsində 1 milyona yaxın əhalini elektrik enerjisi ilə təmin edən elektroenergetika infrastrukturu mövcud olub ki, işğal dövründə vəhşi düşmən bütün şəhər və kəndləri dağıtdığı kimi, qeyd edilən elektroenergetika infrastrukturunu da tamamilə yerlə yeksən edib.

Son xəbərlər
Digər xəbərlər