2 C
Baku
Sunday, December 15, 2024

“Qaradağ” Günəş Elektrik Stansiyasının istifadəyə veriləcəyi tarix açıqlanıb

“Qaradağ” Günəş Elektrik Stansiyası gələn ay istifadəyə veriləcək.

Bunu Energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən II Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

“Cənubi Qafqazda ən böyük Günəş Elektrik Stansiyası oktyabrda istifadəyə veriləcək. Bu, sərmayəçilər tərəfindən tikilmiş 230 MVt gücündə Günəş Elektrik Stansiyasıdır. Biz bərpa olunan enerji obyektlərinin tikintisinə mümkün qədər birbaşa xarici investisiya cəlb etməyə çalışırıq”, – o deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda quraşdırılmış enerji potensialının yalnız 17 faizi bərpa olunan enerjidir.

“Biz 2030-cu ilə qədər bu potensialı 30 faizə çatdırmağı planlaşdırırıq və inanıram ki, bu rəqəmi hətta keçəcəyik”, – nazir müavini bildirib.

O əlavə edib ki, bu sahədə müvafiq memorandumlar imzalanıb. Hazırda ümumi quraşdırılmış güc 8 GVt təşkil edir.

Xatırladaq ki, quraşdırılmış gücü 230 MVt olan “Qaradağ” Günəş Elektrik Stansiyasının layihəsi üzrə saziş 2020-ci ilin yanvarında imzalanıb. Bu layihənin Masdar ilə birlikdə həyata keçirilməsi CO2 emissiyalarını ildə iki min tona qədər azaldacaq və 110 min yaşayış binasını elektrik enerjisi ilə təmin edəcək.

Son xəbərlər
Digər xəbərlər