11 C
Baku
Sunday, November 17, 2024

“Qaradağ Şüşə Zavodu”na 25 min manatadək cərimə protokolu yazılıb

“Qaradağ Şüşə Zavodu” ASC-yə cərimə protokolu yazılıb.

Banker.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, “Qaradağ Şüşə Zavodu” iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.

Son xəbərlər
Digər xəbərlər