18 C
Baku
Wednesday, May 29, 2024

“Qaranlıq gələcək” – Uorren Baffet sərmayə qoymağın ən pis yolunu açıqladı

Dünyanın ən varlı insanlarından biri, Amerikanın “Berkshire Hathaway” şirkətinin rəhbəri Uorren Baffet investorlara istiqraz almamağı və səhmlərə üstünlük verməyi tövsiyə edib.

Banker.az “Secretmag”a istinadən xəbər verir ki, bu barədə o, hər il səhmdarlara göndərdiyi tövsiyə məktubunda bildirib.

Sahibkarın sözlərinə görə, indi gəlirliliyi sıfıra yaxınlaşan, bəzi ölkələrdə isə hətta mənfi olan istiqrazların zamanı deyil.

“İstiqrazlar indi yaxşı seçim deyil (investisiya üçün). İnanırsınız ki, əvvəllər AVŞ Xəzinədarlığının buraxdığı istiqrazların gəlirliliyi 1981-ci ilin sentyabrında qeydə alınan göstəricidən 94% azalıb? Almaniya və Yaponiya kimi böyük ölkələrdə investorlar trilyonlarla dollar suveren borcdan mənfi gəlir əldə edirlər”, – deyə Baffet söyləyib.

Milyarderin fikrincə, pensiya fondları və sığorta şirkətləri daxil olmaqla sabit gəlir alətlərinə investisiya qoyanları “qaranlıq gələcək” gözləyir. O, investorları S&P 500 şirkətlərinə sərmayə qoyan və zamanla divident alan “səbirli və ağıllı meymunlar”a bənzədib.

Əmlak, torpaq və biznes insanlara daha çox pul gətirir və gələcəkdə bu investorlar “mükafatlandırılacaq”. Onlardan tələb olunan tək şey “zaman, daxili rahatlıq, geniş diversifikasiya və əməliyyatların minimuma endirməkdir”.

“Bununla birlikdə, investorlar xərclərinin Uoll-Stritin qazancı olduğunu unutmamalıdırlar. Mənim meymunumdan fərqli olaraq, Uoll-Strit dilerləri heç vaxt qəpik-quruşa işləmirlər”, – deyə milyarder əlavə edib.

Baffetin investorlara verdiyi tövsiyələr analitiklər tərəfindən tənqidlə qarşılanıb, bu barədə “Bloomberg” yazıb. Bəzi ekspertlər milyarderin məktubda bir sıra mühüm hadisələrdən bəhs etməməsinə, pandemiyanı isə yalnız bir dəfə xatırladığına diqqət yetirib.

“Baffet siyasi bəyanat kimi qəbul edilə biləcək ifadələrdən çəkinməyə çalışıb”, – deyə “Edward D. Jones & Co”nun analitiki Jim Shanahan söyləyib. Onun sözlərinə görə, son illərdə milyarder bu cür mövzularda daha az danışmağa üstünlük verir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər