22 C
Baku
Friday, April 19, 2024

Qaribaşvili Qara dəniz sualtı elektrik kabeli layihəsinin dəyərini açıqlayıb

Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinin həyata keçirilməsi 2-3 milyard ABŞ dollarına başa gələcək.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib. Layihənin Gürcüstanın təşəbbüsü olduğunu vurğulayan Qaribaşvili əlavə edib ki, elektrik enerjisi kabelinin uzunluğu 1 100 kilometr olacaq.

Bu layihənin “ikinci Bakı-Tbilisi-Ceyhan layihəsi” olduğunu deyən edən hökumət başçısı işlərə tezliklə başlanacağını bəyan edib.

Qeyd edək ki, dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişə əsasən Gürcüstan və Qara dəniz vasitəsilə Azərbaycandan Rumıniyaya elektrik enerjisi kabeli çəkiləcək.

Son xəbərlər
Digər xəbərlər