18 C
Baku
Monday, April 29, 2024

Qarınqulu ölkələr

Forbes hansı ölkələrdə daha çox yemək yeyildiyinə və qida məhsullarına pul xərcləndiyinə dair tədqiqat aparıb.

Quraqlıq və aşağı məhsuldarlıq səbəbindən dünya bazarında buğda, qarğıdalı, soya və s qida məhsulların qiyməti qalxır. Dünya bankı iyulda qida məhsullarında qiymət artımının 10%-olduğunu bildirib (2011-ci ilin iyulu ilə müqayisədə), ekspertlər ərzaq malları böhranının yaxınlaşmasından ehtiyat edirlər.

Bəs hansı ölkədə nə qədər yemək yeyir və ərzaq məhsullarına nə qədər pul xərcləyirlər? Harada ərzaq mallarının inflyasiyası və kənd təsərrüfatına edilən yatırımlardan gələn gəlir daha çoxdur?

Məlum olub ki, ən az qidaya pul xərcləyənlər amerikanlardır, bu sahədə onlar dünyəvi minimum nümayiş etdirir, onlarda qidalanma xərcləri ümumi məbləğin 7,8%-ni təşkil edir. Hərçənd ki, böhran illəri ərzində ABŞ əhalisinin yarısından çoxu yoxsulluq həddinə düşmüşdü.

Yeyimcilliyə görə ikinci yerdə Almaniya (10,4%), üçüncü yerdə isə Niderland (11,3%), dördüncü yerdə Yunanıstan (17,1%) gəlir. İlk beşliyi Portuqaliya(18,1%) bağlayır.

Dünyada bu göstərici üzrə altıncı yerdə İspaniya 18,2% nəticə ilə, yeddinci yerdə isə CAR (18,3%), səkkizinci yerdə İndoneziya (19,6%),doqquzuncu yerdə Braziliya(22,5%)dayanır və ilk onluğu Polşa 4,1% göstərici ilə tamamlayır.

Gün ərzində ən çox kalori qəbul edən ABŞ (3750), həmçinin İtaliya (3650), Almaniya (3540), Fransa (3530) və Rusiya (3320) sakinləridir.

esasbublik

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər