16 C
Baku
Monday, April 29, 2024

Qarşılıqlı sanksiyalardan sonra Rusiya və Almaniya liderləri 1.5 saat telefonla danışıb

Almaniyanın federal kansleri Olaf Şolts və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Banker.az xarici mətbuata istinadən xəbər verir ki, 1.5 saat davam edən telefon danışığında Şolts Putini mümkün qədər tez diplomatik həll yolu tapmağa çağırıb.

Şolts vurğulayıb ki, Rusiyanın gələcək ilhaq addımları cavabsız qalmayacaq və heç bir halda tanınmayacaq. Zaporojye atom elektrik stansiyasının təhlükəsizliyinin təmin edilməli olduğunu bildirən Şolts, taxıl müqaviləsinin mühüm rolunu vurğulayaraq, Putini müqaviləni gözdən salmamağa və onu tam şəkildə həyata keçirməyə davam etməyə çağırıb.

İki lider razılaşıb ki, əlaqə saxlamağa davam edəcəklər.

Xatırladaq ki, bu iki ölkə fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra bir-birinə qarşı bir çox sanksiyalar tətbiq ediblər. Müharibəyə görə münasibətləri qırılma nöqtəsində olan Almaniya və Rusiya arasındakı vəziyyət Qazprom Avropaya qaz axınını kəsəndən sonra daha da gərginləşdi.

Müharibədən əvvəl Almaniyanın istehlak etdiyi ümumi qazın yarısı Rusiyadan idxal edilirdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər