6 C
Baku
Monday, December 16, 2024

Qaxda bal emalı müəssisəsi istifadəyə verilib

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən birgə reallaşdırılan “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində dekabrın 4-də Qax rayonunun Ləkit kəndində bal emalı müəssisəsi istifadəyə verilib.

Bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verilir.

Məlumata görə, bununla əlaqədar qurumun tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil edilmiş tədbirdə Qax Rayon İcra Hakimiyyətinin, KOBİA-nın, USAİD-in nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Tədbirdə “SEDA” layihəsi çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verilib, belə layihələrin bölgələrdə mikro və kiçik sahibkarlığın inkişafına töhfə verdiyi qeyd edilib, Ləkit kəndində bal emalı müəssisəsinin satışa çıxarılacaq yerli balın qablaşdırılmasında və saxlanmasında, ümumilikdə arıçılığın Xatırladaq ki, indiyədək “SEDA” layihəsi çərçivəsində Azərbaycanın regionlarında yol tikintisi, su təminatı, tibb məntəqəsinın, inkubatorların, eləcə də balın qablaşdırılması, yem emalı, şirniyyat, meyvəqurutma müəssisəsinin yaradılması üzrə 163 layihə reallaşdırılıb.

©Report

Son xəbərlər
Digər xəbərlər