Dövlət Turizm Agentliyi İlisu kəndində turizm infrastrukturunun yaradılmasına 254 min manat ayırıb.
Banker.az xəbər verir ki, Qax rayonunun İlisu kəndində turizm infrastrukturunun yaradılması işlərinin icrası “Azerservices” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub.
Tərəflər arasında imzalanmış müqavilənin ümumi maliyyə dəyəri 254 062 manat təşkil edir.







