6 C
Baku
Sunday, December 15, 2024

“Qaz hasilatı və qeyri-neft sektoru neft gəlirlərində azalmanı qismən kompensasiya edəcək”

Növbəti illərdə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin ardıcıl şəkildə azaldılması və büdcə xərclərinin daha çox qeyri-neft sektorundan olan daxilolmalar hesabına təmin edilməsi üzrə qəbul edilmiş fiskal siyasətin davam etdirilməsi vacibdir.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.

 

Nazir bildirib ki, hazırda dünya enerji bazarlarında mövcud əlverişli qiymət konyekturu fonunda aparıcı təşkilatlar tərəfindən ehtimal olunan neft qiyməti büdcə göstəricilərinin proqnozlaşdırılması zamanı mühafizəkar prinsiplər əsasında götürülən neft qiymətini üstələyir: “Təbii qaz hasilatı və satışının genişlənməsi, qeyri-neft sektorunda daxilolmaların artması neft gəlirlərində gözlənilən azalmanın qismən kompensasiya edilməsi, büdcə qaydasının hədəfləri çərçivəsində Dövlət Neft Fondunun aktivlərinin orta müddətli dövrdə dayanıqlı səviyyədə saxlanılmasına imkan yaradır”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər