9 C
Baku
Thursday, December 12, 2024

“Qaz təchizatı” ilə bağlı QANUN dəyişir – ödəniş ediləcək

Tikinti obyektləri qazpaylayıcı şəbəkəyə qoşulmaya görə ödəniş edəcəklər.

Banker.az xəbər verir ki, bununla bağlı “Qaz təchizatı haqqında” qanuna dəyişiklik edilir.

Belə ki, qanunun 13-cü maddəsinin 12-ci hissəsində nəzərdə tutulan dəyişikliyə görə ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına qoşulma xidməti üçün ödəniş etməlidirlər.

Bununla yanaşı, maddəyə 12-1, 12-2, 12-3 saylı əlavələrin edilməsi də təklif olunur. 12-1-ci əlavəyə əsasən, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına qoşulma xidmətinə görə ödəniş etməlidirlər. 12-2-ci əlavədə deyilir ki, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə bu Qanunun 13-cü maddəsinin 12-1-ci hissəsində nəzərdə tutulan tələblərə cavab verməyən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması bu Qanunun 13-cü maddəsinin 12-ci hissəsinə uyğun olaraq həyata keçirilir. 12-3-cü əlavəyə görə isə, bu Qanunun 13-cü maddəsinin 12-ci və 12-1-ci hissələrində nəzərdə tutulan ödənişin məbləği müvafiq metodologiya əsasında müəyyən edilir.

Son xəbərlər
Digər xəbərlər