10 C
Baku
Thursday, December 12, 2024

Qazaxda yeni mebel istehsalı müəssisəsi yaradılıb – müəssisədə 400 yeni iş yeri açılacaq

Azərbaycandakı əlverişli bines və investisiya mühiti digər sənaye sahələri ilə yanaşı, mebel sənayesinin inkişafı üçün də geniş imkanlar yaradır, yeni mebel istehsalı müəssisələri açılır.

Banker.az xəbər verir ki, belə müəssisələrdən biri Qazax rayonunda “Saloğlu” Fərdi Firmasının mebel istehsalı fabrikidir. İldə 30 min dəst mebel istehsalı gücündə olacaq müəssisədə 400 yeni iş yeri açılacaq.

Ümumi investisiya dəyəri 76.1 mln. manat olan müəssisəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib. Bundan başqa, fabrikə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 mln. manat güzəştli kredit verilib.

Mebel istehsalı müəssisəsinin bu ilin I rübü ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər